Rauf Əliyev: "3-4 gün vaxt lazımdı"

Bir neçə gündü Albaniyada olan Rauf Əliyevin bu ölkənin “Kukesi” klubuna keçidi dalana dirənib. Rəsmi müqavilənin bağlanmasına əsas əngəl isə “İnter”di. Belə ki, Rauf paytaxt təmsilçisiylə müqavilə müddətinin bitdiyini desə də, klub tam əksini iddia edir. Dünən “İnter” - “Qəbələ” oyunundan sonra jurnalistlərin suallarını cavablandıran Bakı klubunun Müşahidə Şurasının sədri Zaur Axundov hücumçunun onlarla hələ bir illik müqaviləsinin qaldığını deyib.

 

Newsport.az xəbər verir ki, məsələylə bağlı millimizin də üzvü olan Əliyev Komanda.az-a müsahibəsində "Kukesi"yə keçidinin yubanmasının səbəbi barədə danışıb.

 

- "Kukesi"ylə müqavilə bağlamaq üçün Albaniyada olsan da, "İnter" rəhbərliyi klubla olan anlaşmanın davam etdiyini deyir.
- “İnter”lə müqavilə müddətim bu ilin iyununda bitib. PFL-ə, UEFA-ya göndərilən sənəddə də belə qeyd edilib.

 

- Onda belə çıxır ki, Avropa Liqasında oynayanda artıq klubla müqavilə müddətin bitmişdi?
- Bəli.

 

- “İnter”lə müqavilənin bitdiyini deyirsən. Artıq bir neçə gündü Albaniyada olsan da, hələ də rəsmi anlaşma yoxdu. Bəs müqavilənin bağlanmasına əngəl nədi?
- “İnter” transfer vərəqini gecikdirir, ona görə.

 

- “İnter”in Müşahidə Şurasının sədri Zaur Axundov “Kukesi”nin kluba müraciət etmədiyini deyir.
- Müqavilə bitibsə, futbolçu getməlidi də.

 

- Əlbəttə, müqavilə müddəti bitibsə, transfer vərəqi verilməlidi. Ancaq keçidlə bağlı müəyyən problem yaranıbsa, futbolçunun xidmətində maraqlı olan klub bunun səbəbini araşdırmalıdı axı.
- Həll olunacaq inşallah. Sadəcə, 3-4 gün vaxt lazımdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right