Elvin Məmmədov: "Futbolun gözəlliyi budur"

Azərbaycan Premyer Liqasının 1-ci turunda “Qəbələ” səfərdə “İnter”ə 2:1 hesabı ilə qalib gəlib.

Newsport.az-ın məlumatına görə, oyundan sonra “qırmızı qaralar”ın heyətində ilk qolunu vuran Elvin Məmmədov jurnalistlərin suallarını cavabladnırıb:

- Sabiq komandana qarşı oynadın və qol vurdun. Oyunla bağlı fikirlərin necədir?

- Qol vurduğum üçün sevincliyəm . İlk oyunlar çətin və stressli keçir. Düzdür, qələbə qazandıq. Çatışmayan cəhətlərimiz var idi. Bunu da baş məşqçimiz analiz edəcək və səhvlərimizi deyəcək. Əsas odur ki, 3 xal qazandıq. Qarşıdakı oyunlara hazırlaşacağıq.

- Razılaşmaq olar ki, bu qələbədə bəxtiniz də gətirdi?

- Bəli, razılaşıram. 2-3 epizodda bəxtimiz gətirdi. Elə futbolun da gözəlliyi budur. Bizim də bir neçə şansımız oldu. 3-cü qolu vursaydıq, oyun “sınacaq”dı. Mövümə 3 xalla başlamaq vacib idi ki, bunu da bacardıq. 

- Komanda olaraq avrokuboklardakı uğursuzluğu unuda bilmisiniz?

- Avrokubok oyunları çempionat matçlarından fərqlidir. Özümüzü analiz edirik. Artıq çıxışımızı başa vurmuşuq. Çempionatı fikirləşməliyik. Qarşıda bizi uzun marafon gözləyir. Yaxşı yerlərdən birini tutaraq yenidə avrokuboklara vəsiqə qazanmalıyıq.

- “Qəbələ”dən fərqli olaraq “Qarabağ” daha hazırlıqlı görünür. Çoxları düşünür ki, “Qarabağ” çempionluğa favoritdir...

- Bu, ilk oyun idi. Əlbəttə, “Qarabağ”ın daimi heyəti var. Uzun müddətdir ki, birgə çıxış edirlər. “Qəbələ”də isə heyət dəyişir və yeni oyunçular gəlir. Buna görə də çətinlik olur. Mövsümöncəsi fikir bildirmək mənə çətin gəlir. 

- “Zirə”də oynayanda top daha çox səndə olurdu. “Qəbələ”də isə fərqli oynayırsan. Topsuz darıxmırsan?

- Bu, sistemdir. Baş məşqçi nə deyirsə, hansı mövqeyə qoyursa, oynamalısan. O, sənə güvənirsə, maksimum şəkildə mübarizə aparmalısan. Bu gün nə dərəcədə çıxış etdiyimi və məşqçinin məndən razı qalıb-qalmadığını bilmirəm. Məşqçimiz gələcək oyunlarda təhlil edib səhvlərimizi deyəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right