"Qarabağ"dan açıqlama: Daninin durumu necədir?

"Qarabağ"ın futbolçusu Dani Kintananın durumuna aydınlıq gəlib.

Newsport.az xəbər verir ki, uzun müddətli zədədən sonra yaşıl meydanlara qayıdan futbolçu dünən “Neftçi”yə qarşı matçın 86-cı dəqiqəsində zədələnərək meydanı vaxtından əvvəl tərk etmişdi.

İspaniyalı yarımmüdafiəçi bu gün MRT müayinəsindən keçib. Futbolçunun əzələsinin dartılması müəyyən edilib. Bu səbəbdən Dani Kintana təxminən 3 həftə sonra məşqlərə start verəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right