Elnur Cəfərov: "Tondela"nı yaşadıram" MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının 1-ci turunda evdə “Qarabağ”a 1:3 hesabıyla uduzan “Neftçi”nin Elnur Cəfərov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
 

Newsport.az saytının məlumatına görə, Cəfərov öncə oyunla bağlı fikirlərini bildirib:
 
- İlk oyunumuz idi. Hər iki komanda qələbə üçün meydana çıxmışdı. “Qarabağ” güclü tərəf idi. Öz əhvlərimizdən qol buraxdıq. Amma uğur qazana bilərdik.
 
-  “Neftçi” tam oyun ortaya qoya bilmir…
- Komandamız yaxşıdı. Meydanda bunu sübut edə bilmədik. Ümid edirəm ki, gələcək oyunlarda bunu bacaracağıq.
 
- Bu nə ilə əlaqədar idi? Rəqib “Qarabağ” olduğu üçün?
- Rəqib düzdür, “Qarabağ”dır. Azərbaycanın ən güclü komandalarından biridir. Söhbət tək “Qarabağ”dan getmir… Qələbə qazana bilərdik. Bu gün səhvlərimizdən uduzduq.
 
- Səhvlərinizi düzəltməyə nə qədər zaman lazımdır?
- Öz üzərimizdə çalışmalıyıq.
 
- Sabiq “Xəzər Lənkəran”lı kimi özünü “Neftçi”də necə hiss edirsən?
- Mən peşəkar futbolçuyam və yaxud da olmağa çalışıram. Mənim üçün fərq etmir “Neftçi” olsun və ya başqa komanda. İşimi canla-başla görürəm.
 
- “Xəzər Lənkəran” azarkeşlərinin ciddi təzyiqinə məruz qaldınmı?
- Sosial şəbəkələrə də baxmıram. Qıraqdan deyirlər, eşidirəm.
 
- “Neftçi”nin oyunçusu olsan da “Tondela”nın çantasında gəzirsən…
- “Tondela”nı yaşadıram (gülür).
 
- “Neftçi” avrokuboklara vəsiqə qazana biləcək?
- Məqsədimiz odur. Əlimizdən gələni edəcəyik.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right