Qurban Qurbanov: "Kopenhagen"dən nəyisə gizlətməyə çalışmırıq"

“Yaxşı komandaya qarşı oynadıq. Belə oyunda qalib gəlmək bizim üçün xoşdur”. Newsport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubu Azərbaycan Premyer Liqasının ilk turunda səfərdə “Neftçi” üzərində 3:1 hesablı qələbə qazanıb.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən mütəxəssis fikirlərini bildirib: “Komandamın oyunundan razı qaldım. Amma vaxtımız azdır və qələbə haqda düşünməməliyik. Bütün diqqətimizi növbəti oyunumuza yönəldəcəyik”.

- Dani Kintana meydana daxil oldu və yenidən zədələndi. Durumu necədir?

- Hələ ki, tam fikir bildirə bilmərəm. Dani həmin ayağıdan zədə alıb. Özü əməliyyat olunduğu nahiyəsinin zədələnmədiyini dedi. Sabah zədəsinə tam aydınlıq gələcək.  

- “Kopenhagen” rəsmisi oyunu izləyirdi. Çempionlar Liqasında rəqibiniz olan komandadan nəyisə gizlətməyə çalışmadınız?

- Əfsuslar olsun ki, tam formada deyilik. Ona görə də çempionat oyunlarında bütün gücümüzu ortaya qoymalıydıq. Gizlədəsi bir şey yoxdur, rəqiblər bütün oyunlarımızı izləyirlər. Düzdü, növbəti oyunda fərqli heyətlə mübarizə apara bilərik. Amma ciddi dəyişiklik olmayacaq.

- Zədəsi olan Rəşad Sadıqov “Kopenhagen”lə oyuna hazır olacaq?

- Meydana çıxmaq ehtimalı var. Rəşadla yanaşı, Miçel, Riçard və Donaldın da zədəsi var. Amma onlar “Kopenhagen”lə oyuna qədər hazır olmalıdırlar.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right