“Sumqayıt”dan növbəti transfer

“Sumqayıt” 2017/18 mövsümü üçün növbəti transferini reallaşdırıb.

Newsport.az-ın məlumatına görə, "Gənclik şəhəri" təmsilçisi son mövsümü “Qəbələ”də keçirmiş Süleyman Süleymanovu heyətinə cəlb edib. Gənc qolkiperlə ilə 3 illik müqavilə imzalanıb. 19 yaşlı qapıçı 36 nömrəli forma altında çıxış edəcək.

Qeyd edək ki, Süleymanov U-15, U-16, U-17, U-19 və U-21 millilərində çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right