“Zirə”nin futbolçuları mükafatlandırıldı

Avropa Liqasında debüt mövsümündə mərhələ adalayan “Zirə” rəhbərliyi futbolçuları mükafatlandırıb.

Newsport.az-ın məlumatına görə, “Differdanj” səddini keçən heyətdə əsas heyətdə yer alan oyunçulara 3 min manat mükafat verilib. Oyuna sonradan çıxan futbolçular bunun 75, ehtiyat skamyada yer alanlar isə 50 faizini qazanıblar. 

Qeyd edək ki, “Zirə” Rumıniyanın adlı-sanlı “Astra” klubuna uduzaraq mübarizəni dayandırıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right