"Qarabağ" yeni mövsümə qələbə ilə başladı Yenilənib

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2017/18 mövsümünə start veriləcək. 
 
Newsport.az-ın məlumatına görə, yeni mövsümün ilk oyununda ölkənin iki ən titullu komandası – "Neftçi” və "Qarabağ” üz-üzə gələcək. "Bakcell Arena”da baş tutacaq març saat 21:00-da start götürəcək.
 
Bütün milli çempionatlarda iştirak edən klublar fərqli qrafik cızırlar. Səkkiz qat ölkə çempionu olan paytaxt komandasının son illər uğursuz çıxış etməsinin fonunda, Ağdam təmsilçisi ardıcıl 4 mövsümdür qızıl medallara yiyələnir.
 
Qeyd edək ki, ilk turun oyunları 3 günü əhatə edəcək. "İnter” – "Qəbələ” matçı avqustun 12-ə təyin edilib. "Sumqayıt” – "Kəpəz” və "Zirə” – "Səbail” qarşılaşmaları isə bazar günü keçiriləcək. 
 
11 avqust (cümə)
 
Azərbaycan Premyer Liqası
 
I tur 

21:00. “Neftçi” - “Qarabağ” - 1:3 
Qol: 
Mahir Mədətov, 15 (1:0), 40 (2:0), Dino Ndlovu, 62 (3:0), Rahid Əmirquliyev, 90-avtoqol (3:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov
“Bakcell Arena”




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right