"Binə"dən növbəti transfer

Növbəti mövsümdə birinci divizionda çıxış edəcəyi gözlənilən "Binə" heyətini yeni futbolçu ilə gücləndirib. 

Newsport.az-ın məlumatına görə, qəsəbə təmsilçisi təcrübəli qapıçı Amil Ağacanovla anlaşıb. Bu barədə məlumatı klubun rəsmi “facebook” hesabı yayıb. 34 yaşlı qapıçı növbəti mövsümdən etibarən "Binə"nin uğurları üçün çalışacaq.

Amil ötən mövsüm birinci divizion təmsilçisi “Zaqatala”da çıxış edib. O, karyerası ərzində “Muğan”, AZAL, “Simurq” kimi komandaların da şərəfini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right