"Neftçi"nin hücumçusu "Qarabağ"da

"Qarabağ" heyətini gücləndirməkdə davam edir. 

Newsport.az-ın məlumatına görə, bu mövsüm "Qarabağ"ın əsas komadasıyla yanaşı U-19 da Çempionlar Liqasında ölkəmizi təmsil edəcək. Rəşad Sadıqovun çalışdırdığı komanda bu nüfuzlu turnirdə iştirak üçün yeni heyət formalaşdırır.

"Neftçi"nin və U-19 millimizin futbolçusu Pilağa Mehdiyev artıq "Qarabağ"ın düşərgəsindədi. Əldə etdiyimiz özəl məlumata görə, bu gün futbolçuyla 4 illik müqavilə imzalanıb.

Bakıda keçirilən U-17 milliləri arasında Avropa çempionatında iştirak etmiş və komandamızın Belçika ilə oyundakı bərabərlik qolu zamanı məhsuldar ötürmə müəllifi olan istedadlı futbolçu bundan sonra "Qarabağ"ın şərəfini qoruyacaq.

Sportinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right