Rauf Əliyev: "2-3 gün ərzində Albaniyaya yola düşəcəm"

"İnter"in hücumçusu Rauf Əliyevin komandadan ayrılacağı və karyerasını Avropada davam etdirəcəyi ilə bağlı xəbər vermişdik.

Newsport.az-ın əməkdaşı ilə söhbətində 28 yaşlı hücumçu son Albaniya çempionu "Kukesi"yə keçidi ilə bağlı danışıb. Forvard məsələnin yaxın 2-3 gün ərzində rəsmiləşəcəyini bildirdi: "Hazırda nə deyəcəyimi bilmirəm. Çünki heçnə rəsmi deyil. İnşallah, 2-3 gün ərzində Albaniyaya yola düşəcəm. Həmin vaxt dəyişikliklər olacaq".

Maraq üçün bildirək ki, "Kukesi" bu mövsüm Çempionlar Liqasında "Qarabağ"ın üstələdiyi "Şerif"ə məğlub olaraq Avropa macərasını başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right