"Qarabağ"da şok itki: Yeni transfer "Kopenhagen"lə oyunu buraxa bilər

Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" ciddi itkiylə üzləşib.

Newsport.az-ın məlumatına görə, Ağdam klubu yeni transferi Dondal Geryenin xidmətindən məhrum olub. Haitili yarımmüdafiəçi məşq zamanı zədələnib. Onun Premyer Liqanın ilk turunda "Neftçi"yə qarşı oynamayacağı dəqiqdir. 28 yaşlı futbolçunun ÇL-in pley-off mərhələsi çərçivəsində avqustun 15-də keçiriləcək "Kopenhagen"lə matçda oynayıb-oynamayacağı bəlli deyil. 

Qeyd edək ki, "Qarabağ" çempionatın ilk turunda "Neftçi"nin qonağı olacaq. Avqustun 1q-də "Bakcel Arena"da keçiriləcək oyun saat 21:00-da başlayacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right