"Səbail"in yeni mətbuat xidməti rəhbəri məlum oldu

Azərbaycan Premyer Liqasının debütantı olan "Səbail" klubunda mətbuat xidmətinin yeni rəhbəri müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, bu vəzifəyə uzun müddətdir AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentində baş mütəxəssis kimi çalışan Törə Əhmədova təyin olunub.

Əhmədova "Səbail"də həmin postda AFFA-dakı həmkarı Firuz Abdullanı əvəzləyib. F.Abdulla kubda Müşahidə Şurasına yeni üzv seçilib.  

Əhmədova futbol tariximizə düşüb. Belə ki, o, Azərbaycanda futbol klubunda ilk xanım mətbuat katibi olub.  

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right