Azərbaycan Premyer Liqası klublarının rekordçuları SİYAHI

Bu həftə start götürəcək Azərbaycan Premyer Liqasının 2017/18 mövsümündə 8 komanda iştirak edəcək. Debütant “Səbail”dən başqa bütün klublar ölkə çempionatının yüksək dəstəsində ən azı bir neçə mövsüm keçirib. Bu üzdən hər klubun Premyer Liqada öz rekordçuları var.

Newsport.az-ın məlumatına görə, Peşəkar Futbol Liqasının rəsmi saytı 7 klubun hər birinin heyətində ölkə çempionatında ən çox oyun keçirən və qol vuran rekordçuların siyahısını hazırlayıb:

Klubların çempionatdakı oyun sayında rekordçuları

“Qarabağ” - Aslan Kərimov – 268

“İnter” - Vladimir Levin - 205

“Kəpəz” - Azər Məmmədov - 186

“Neftçi” - İqor Getman - 182

“Qəbələ” – Dodo - 131

“Sumqayıt” - Slavik Alxasov - 126

“Zirə” - Viktor İqbekoyi - 56

Klubların çempionatdakı qol sayında rekordçuları

“Qarabağ” - Müşfiq Hüseynov - 109

“Neftçi” - Samir Ələkbərov - 99

“Kəpəz” - Fazil Pərvərov - 80

“İnter” - Baçana Sxadadze - 31

“Qəbələ” - Viktor Mendi - 29

“Sumqayıt” - Pərdis Fərcad-Azad - 22

“Zirə” - Nelson Bonilla - 14

Qeyd: Klublar rekordçunun göstəricisinin ardıcıllığı üzrə sıralanıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right