“Sumqayıt” Hasanovu sifariş edə bilmədi

“Sumqayıt” klubu 2017/2018-ci illər mövsümü üçün iştirak ərizəsini Peşəkar Futbol Liqasına təqdim edib.

PFL-in saytına istinadən verdiyimiz məlumata görə, yeni transferlərdən yalnız Ramil Hasanov siyahıda yoxdu. Müqavilə ilə “Qəbələ”yə məxsus olan oyunçunun sənədləri hələ ki qaydasında deyil.

Bizdə olan məlumata görə, məsələ ilk tura qədər həllini tapmalıdır. 

Qeyd edək ki, "Sumqayıt" Azərbaycan Premyer Liqasının ilk turunda "Kəpəz"lə qarşılaşacaq. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right