Peşəkar Futbol Liqası Almeyda ilə bağlı dəyişiklik etdi

Azərbaycan Premyer Liqasında çıxış edən ən bacarıqlı futbolçulardan sayılan Riçard Almeyda ilə bağlı dəyişiklik edilib.

Newsport.az-ın məlumatına görə, “Qarabağ”ın futbolçusu Peşəkar Futbol Liqasının rəsmi saytında Azərbaycan vətəndaşı kimi qeyd olunub.

Bu isə təsadüfi deyil. Belə ki, Azərbaycan Premyer Liqasında 5 ildir ki, çıxış edən Almeyda artıq Azərbaycan vətəndaşlığı alıb və millidə çıxış edir.

Bu isə o deməkdir ki, Almeyda bu mövsümdən etibarən legioner sayılmayacaq və Topaz Premyer Liqasında yerli futbolçu kimi çıxış edəcək. Bununla da “Qarabağ” əsas heyətdə digərlərindən 1 nəfər daha çox əcnəbi ölkə vətəndaşı oynada biləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right