Azərbaycan Premyer Liqasında yenilik

Peşəkar Futbol Liqası 2017/2018-ci illər mövsümü ərəfəsində daha bir dəyişiklik reallaşdırıb.

Newsport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku, əvəzedicilərin yarışı və I Divizion oyunları zamanı klublar əvvəlki kimi 18 deyil, 23 futbolçunun xidmətindən istifadə edə bilərlər.

Bu dəyişiklikdən sonra klublar dünya praktikasında olduğu kimi oyunun protokolunda maksimum 23 futbolçunun adını qeyd etmək və ehtiyat oyunçular skamyasında 12 futbolçu saxlamaq imkanına malik olacaqlar.  





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right