"Zirə"də ciddi itkilər: 2 legioner açılış matçını buraxacaq

Azərbaycan Premyer Liqasının 2017/18 mövsümünün ilk turunda öz meydanında debütant "Səbail"i qəbul edəcək "Zirə" matçın hazırlıqlarını davam etdirir. Matçöncəsi qəsəbə təmsilçisinin məşqçilər korpusunu narahat edən məqamlar var. 

Newsport.az saytının məlumatına görə, "qartallar"ın iki əsas futbolçusu "Səbail"lə matçı buraxa bilər. Söhbət hücumçusu Kervens Belfor və müdafiəçi Jozef Bumdan gedir. Bizdə olan məlumata görə, bir neçə gündü zədədən əziyyət çəkən futbolçuların matç gününə qədər yetişəcəkləri inandırıcı görünmür.

Digər zədəli Riçard Qadzenin durumu isə adını yuxarıda qeyd etdiyimiz oyunçulardan fərqlidir. Onun "şirlər"lə matçda meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, "Zirə" - "Səbail" oyunu avqustun 13-də keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right