Rəşad Sadıqovun durumu nə yerdədir?

Azərbaycan milli komandasının və “Qarabağ” klubunun kapitanı Rəşad Sadıqovun zədədən canı qurtarmır. Hər dəfə yaxşı formada olduğu zaman zədə alan Rəşadın indi də bu baxımdan problemləri var.

Çempionlar Liqasının ilk görüşündə xəsarət alan Sadıqov “Samtredia” ilə cavab oyununu kənardan izlədi. Bizdə olan məlumata görə, Sadıqov pley-off öncəsi də eyni problemlə üzləşib. “Kopenhagen”lə tale yüklü oyunlarda komandasını tək qoymaq istəməyən Sadıqov müayinə və müalicə məqsədi ilə  Türkiyəyə yollanıb. 

Onun “Kopenhagen”lə avqustun 15-də keçiriləcək  ilk oyuna qədər hazır olacağı gözlənilir. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right