"Qarabağ" "Kopenhagen"lə oyuna qədər yeni futbolçu transfer edə bilər

"Qarabağ” “Kopenhagen”lə keçirəcəyi Çempionlar Liqasının pley-off oyununa qədər transfer gerçəkləşdirə bilər.

Newsport.az-ın məlumatına görə, bu haqda klubun direktoru Əmrah Çəlikəl məlumat verib. Komandalarının hədəfinin ÇL-in qrup mərhələsinə düşmək olduğunu söyləyən klub rəsmisi həm əvvəllər gündəmlərində olan futbolçular, həm də başqa yeni legionerlərlə danışıqlar apardıqlarını söyləyib.

Klub rəsmisi ən azı bir transfer edəcəklərini istisna etməyib.

“Yeni transferiniz hücumçu olacaq?” sualına cavabında Ə.Çəlikəl bunun hələ qətiləşmədiyini vurğulayıb: “Onu deyə bilərəm ki, həm hücum, həm də digər mövqedə çıxış edən oyunçularla danışıqlar gedir”.

O, baş məşqçi Qurban Qurbanovun yekun qərarından sonra transferi həyata keçirəcəklərini deyib.

Qol.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right