"Səbail"də braziliyalı hücumçu

Yeni mövsümə hazırlaşan "Səbail" heyətini gücləndirmək istiqamətində fəaliyyətini davam etdirir.

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisinin düşərgəsinə braziliyalı futbolçu dəvət olunub. Renan Telles adlı hücumçu komandada baxışdadı.

28 yaşlı ön xətt oyunçusu "Şüvəlan"la keçirilən hazırlıq matçının ikinci hissəsində (4:0) meydanda olub. Futbolçu məşqçilər korpusunun etimadını qazansa, onunla rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Renan Tellesin son klubu Malta "Hibernians"ı olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right