Ayxan Abbasov: "Yeni transferlər gözlənilir"

“Avropa Liqasının oyunlarına görə biz yeni mövsümün hazırlıqlarına tez başlamışdıq. “Şüvəlan” və “İnter”lə oyunları keçirməklə komandanı tonusda saxlamağa çalışdıq. Heyətimizdə üç zədəli oyunçular var. Komandamızı “Səbail”lə oyuna hazırlayacağıq”.

Newsport.az-ın məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Ayxan Abbasov deyib. Qəsəbə təmsilçisi ötən gün Bakının "İnter" klubu ilə yoxlama oyunu keçirib və 2:1 hesabı ilə qalib gəlib.

Matçdan sonra gənc çalışdırıcı fikirlərini bildirib. O, Avropa Liqasındakı uğursuzluğun komandaya təsir etdiyini düşünür: “Avrokuboklarda mübarizəni dayandırmağımız istər-istəməz psixloji cəhətdən təsit edir. Çalışacağıq ki, çempionat oyunlarında bunu hiss etdirməyək. İki həftə ərzində futbolçulara bunu unutdurmağa çalışdıq.

Abbasov komandaya yeni futbolçular cəlb olunacağını vurğulayıb: “Yeni transferlər gözlənilir. Transfer pəncərəsi başa çatana kimi heyətə yerli və legioner futbolçu cəlb etməyə çalışacağıq. Hələ dəqiq bir şey yoxdur. Ancaq transfer gözlənilir”.

Çalışdırıcı zədəli futbolçuların durumundan da söz açıb: “Jozef Bum, Riçard Qadze, Kervan Belfor zədədən əziyyət çəkƏn oyunçulardı. Qadze həftənin 1-ci günü kollektivə qoşulacaq. Zədəsi yüngül idi. Belfor və Buma isə bir az zaman lazım olacaq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right