Rəşad Sadıqov Türkiyəyə yollandı

Milli komandamızın və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının III təsnifat mərhələsində "Şerif"lə cavab oyunundan sonra Türkiyəyə müayinə olunmaq üçün yollanıb.

Newsport.az-ın məlumatına görə, buna təcrübəli futbolçunun ÇL-in II təsnifat mərhələsində "Samtredia" ilə Bakıda keçirilən matçda (5:0) zədələnməsi olub. Bu səbəbdən Sadıqov müayinə olunmaq üçün qardaş ölkəyə üz tutub. Həkimlərin rəyindən sonra kapitanın son durumuna aydınlıq gələcək.

Xatırladaq ki, "Qarabağ" ÇL-in III təsnifat mərhələsində evdə "Şerif"lə 0:0 hesablı heç-heçə etdiyi qarşılaşmanın cavab oyununda 2:1 hesabı ilə qalib gələrək Azərbaycan futbolu tarixində ilk dəfə Avropanın bir nömrəli klub turnirinin pley-offuna yüksəlib. Həmin tarixi qələbədə Rəşad Sadıqov 90 dəqiqə meydanda olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right