"Kopenhagen" rəsmisi püşkü dəyərləndirdi

“Kopenhagen”in texniki direktoru Yohan Lange Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la düşmələrini şərh edib.

Newsport.az xəbər verir ki, "Kopenhagen" rəsmisi püşkün nəticəsindən razıdırlar: “Beş potensial rəqibimiz arasında ən güclüsü Xorvatiyanın “Riyeka” komandası idi. Digər rəqiblər isə münasib idi. İlk oyunun səfərdə olması bizim üçün yaxşıdır. Səfərdəki oyunda heç-heçə bizi qane edir. Çünki cavab matçını evdə keçirəcəyik”.

Klub rəsmisi Bakıya səfərin uzun olmasını, eləcə də Azərbaycanda havanın isti keçməsini də vurğulayıb: “Görünür, ağır səfər oyunu olacaq”.

O, “Kopenhagen”in yeni mövsüm Danimarka çempionatında sərgilədiyi oyuna da toxunaraq bildirib ki, komanda növbəti matçlarda nəticəni yaxşılaşdırmalıdır: “Səviyyəni qaldırmalıyıq”.

Qeyd edək ki, hazırda “Kopenhagen” 3 turdan sonra turnir cədvəlində 5 xalla 6-cı yeri (14 komanda arasında) tutur.

O, artıq “Qarabağ”ı öyrənmə prosesinə başladıqlarını da deyib: “Bu komanda qısa ötürmələrlə oynamağı sevir. “Qarabağ”ın ötən mövsüm bəzi oyunlarını görmüşük. Bu komandanın müəyyən beynəlxalq təcrübəsi var. Onlar əvvəllər Avropa Liqasının qrup mərhələlərində çıxış ediblər”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right