Kamran Ağayevin komandası Avropa Liqası ilə vidalaşdı

Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyunları başa çatıb.

 

Newsport.az xəbər verir ki, millimizin futbolçusu Kamran Ağayevin klubu - Çexiya "Mlada Boleslav"ı da bu mərhələdə növbəti oyununa çıxıb. 

 

Sözügedən kollektiv səfərdə Albaniyanın "Skenderbeu" klubunun qonağı olub. Futbolçumuzun komandası bu oyunda məğlub olub - 1:2. İlk oyunda da çexlər eyni hesabla qalib gəldiyindən qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. Amma əlavə yarım saatda qapılara qol vurulmayıb. Belədə, penalti seriyasınü müraciət olunub. Daha dəqiq oynayan albanlar Kamranın komandasını mübarizədən kənarlaşdırıblar - 4:2.

 

Boleslav təmsilçisinin yeni transferlərindən olan millimizin qolkiperi bu görüşün iştirakçısı olmayıb. Baş məşqçi Duşan Uhrin onun adını heç matçın iştirak ərizəsinə də daxil etməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right