"Qəbələ" qol vurandan sonra özümüzü itirmədik" Zeka

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda səfərdə “Qəbələ”yə qalib gələn "Panatinaikos" mərhələni adlayan tərəf olub.
 
Newsport.az xəbər verir ki, Afina təmsilçisinin kapitanı Zeka oyundan sonra əməkdaşımızın suallarını cavablandırıb:
 
- Çətin oyun oldu. Afinadakı qarşılaşmada da asan qələbə əldə etməmişdik. Bu oyunda ciddi müqavimətlə üzləşdik. İlk hissədə rəqibdən üstün oynadıq, amma qol vura bilmədik. İkinci hissədə isə rəqib hesabı açsa da özümüzü itirmədik. Ardıcıl qollar vuraraq işimizi asanlaşdırdıq. 
 
- İki il əvvəl “Qəbələ”yə uduzmuşdunuz. İndi xoşbəxtsən?
- Düzdür, iki il əvvəl uduzmuşduq. Bu müddətdə çox şey dəyişilib. İndi “Panatinaikos” daha güclü komandadır.
 
- Stadiondakı atmosfer necə idi? Azarkeşlərin təzyqi hiss edilirdi?
- Xeyr. Amma çox əla atmosfer var idi. Mən çox şadam ki, bu qədər azarkeşin izlədiyi stadionda çıxış etdik. Hər şey əla idi.
 
- “Panatinaikos”un şansları çox olsa da yararlana bilmədi...
- Bəli, furbol belə idman növüdü. Bütün hallarda qol vurmaq olmur. Bizim 90 dəqiqə ərzində şanslarımız çox oldu.
 
- “Qəbələ” ikinci hissədə daha yaxşı oyun nümayiş etdirdi...
- Rəqibə qol lazım olduğu üçün belə alındı. Ancaq özümüzü toparlaya bildik.”Qəbələ” hesabı açandan sonra biz də fərqlənmək məcburiyyətində idik. Bərabərlik qolunu vurduqdan sonra üstünlük bizdə oldu.
 
- Düşünmürsən ki, “Qəbələ”nin səhvlərindən isitafəd edib, rahat qollar vurdunuz?
- Rəqibimiz yaxşı komanda idi. “Qəbələ” qol vurandan sonra özümüzü itirmədik. Planlarımız üzrə hərəkət etdik və qollarımızı vurduq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right