"Haqq ədalət öz yerini tapdı" - "Panatinaikos"un baş məşqçisi

“Ən yaxşı komanda növbəti mərhələyə keçdi. Hər iki oyunda rəqibdən üstün idik”. Newsport.az saytının məlumatına görə, bu sözləri Yunanıstanın “Panatinaikos” klubunun baş məşqçisi Marinos Ozounidis deyib.

Afina təmsilçisi Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Qəbələ” üzərində qələbə qazanıb və iki oyunun nəticəsinə görə növbəti mərhələyə adlayıb.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalıçdırıcı fikirlərini bildirib: “Düşünürəm ki, daha yaxşı oynaya və oyunun taleyini erkən həll edə bilərdik. Fikirləşirəm ki, hər iki oyunda yaxşı oynadıq. Biz oyuna necə köklənmişdiksə, elə də start verdik. İlk qolu biz buraxsaq da, özümüzü erkən ələ aldıq. Fikrimcə, üçüncü qolu da vurmaq imkanımız var idi. Ümumi götürsək, öz komandamdan razıyam. Çünki “Qəbələ” asan rəqib deyil. Mənim fikrimcə, “Qəbələ”yə oynamağa imkan vermədik”.

- İlk qolu siz buraxdınız. Buna reaksiyanız necə oldu?

- Futbolda belə hadisələr baş verir. Əgər hücum edib qol vurmursansa, deməli, rəqib səni cəzalandıracaq. Öncə dediyim kimi, biz özümüzü çox sakit apardıq. Belə deyək, oyunun gedişində haqq-ədalət öz yerini tapdı.

- Çıxışınızda bildirdiniz ki, meydan amili bizə mane oldu. Konkret olaraq nəyiə nəzərdə tuturdunuz?

- Stadionla bağlı narazılığımız yoxdur. Mən bunu səfər amili ilə əlaqələndirmişdim.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right