Azərbaycan Premyer Liqasında ən çox oyun keçirən futbolçular SİYAHI

Avqustun 11-də Azərbaycan Premyer Liqasında 2017/18 mövsümünə start veriləcək.

Newsport.az-ınməlumatına görə, Peşəkar Futbol Liqasının rəsmi saytı 26-cı ölkə çempionatının startı ərəfəsində yarışın 25 illik tarixinin “qvardiyaçı”larını təqdim edir.

1992-ci ildən keçirilən çempionatların tarixində ən çox oyun keçirən futbolçuların siyahısına Mahmud Qurbanov başçılıq edir. 11 qat Azərbaycan çempionu ölkə çempionatında 400-dən artıq oyun keçirən yeganə futbolçudu. Onun hesabında 421 qarşılaşma var.

Hesabında 388 oyun olan Azər Məmmədov 2-ci yerdə qərarlaşıb. O, Premyer Liqada oynamış eyni ad-soyada malik digər iki Azər Məmmədovdan fərqli daha zəngin karyeraya malikdi.

İlk “üçlüy”ü Aslan Kərimov qapayır ki, onun hesabında 382 matç var.

Ümumiyyətlə isə nəticəsi ləğv olunan və yarımçıq qalan oyunlar nəzərə alınmamaqla, 300-dən artıq matç keçirən 16 futbolçu var. Azər Məmmədov kimi Aqil Məmmədov və Kənan Kərimov da eyni ad-soyadda olan bir neçə oyunçudan biridir. 300-ü keçənlərdən yalnız üçü – Rahid Əmirquliyev, Elnur Abdullayev və Vüqar Nadirov karyerasını Premyer Liqa klubunda davam etdirir və göstəricisini yaxşılaşdırmaq imkanına malikdi.

Azərbaycan çempionatlarında 300 və daha çox oyun keçirənlər:

yer, futbolçu, oyun

1. Mahmud Qurbanov 421

2. Azər Məmmədov 388

3. Aslan Kərimov 382

4. Rəşad Abdullayev 378

5. Rəşad Sadiqov 366

6. Aqil Məmmədov 363

7. İsmayıl Məmmədov 351

8. Rahid Əmirquliyev 333

9. Kənan Kərimov 327

10. Nadir Nəbiyev 316

11. Elnur Abdullayev 315

12. Mübariz Orucov 311

13. Vüqar Nadirov 307

14. Müşfiq Hüseynov 305

15. Ədəhim Niftəliyev 303

16. Kamal Quliyev 302





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right