“Sumqayıt” Samir Abasovla bağlı qərar verdi

Bu gün “Sumqayıt” klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib. 

Newsport.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, görüşdə müxtəlif mövzulara toxunulub, bəzi vacib məsələlər barədə fikir mübadiləsi aparılıb.

Toplantıda ötən mövsümün nəticələri müzakirə edilib, əsas, əvəzedici komandanın yeni 2017-18 mövsümünə hazırlıq mərhələləri dəyərləndirilib, akademiyadakı ümumi iş və yeniliklər barədə məlumat verilməklə yanaşı, Müşahidə Şurası tərəfindən bəzi məsələlərlə bağlı müxtəlif tapşırıqlar verilib.
 
Komandanın baş məşqçisi Samir Abasov da iclasda iştirak edib. Onun ötən mövsüm üçün hesabatı dinlənilib. Müşahidə Şurası baş məşqçi və onun köməkçiləri ilə əməkdaşlığın davam etdirilməsi ilə bağlı qərar verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right