"Səbail"İ "topa tutdular"

İlk dəfə Azərbaycan Premyer Liqasında çıxış edəcək "Səbail" elitada mübarizə aparacağı ilk mövsümdə "Nike" şirkətinin istehsalı olan idman geyimlərindən istifadə edir.

 

Newsport.az xəbər verir ki, klubla şirkət arasında bununla bağlı müvafiq müqavilə mövcuddu. "Nike" "Səbail"lə qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsi məqsədilə kluba 100 ədəd peşəkar futbol üçün top hədiyyə edib.

 

Toplar "Səbail"in nəzdindəki komandaların məşq prosesində və oyunlarında istifadə olunacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right