"Beşiktaş" "Valensiya"nın hücumçusunu transfer etdi

Son Türkiyə çempionu olan "Beşiktaş" heyətinə yeni futbolçu cəlb edib.
 

Newsport.az saytının məlumatına görə, İstanbul təmsilçisi "Valensiya"nın hücumçusu Alvaro Neqredonu transfer edib. 31 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. "Qara qartallar" İspaniya millisinin üzvünün keçidi üçün "yarasalar"a 2,5 milyon avro ödəyib. Təcrübəli futbolçu sabah İstanbula gələrək tibbi müayinədən kəçəcək və ictimaiyyətə təqdim olunacaq.
 
Qeyd edək ki, Neqredo 2014-cü ildən "Valensiya"da çıxış edirdi. O, son mövsümü "Midlzbro"nun heyətində icarə əsasında çıxış edib və 36 oyuna 9 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right