"Panatinaikos"un baş məşqçisi: "Üstünlük bizim tərəfimizdədi"

“Əlbəttə, ilk oyunda qalib gəlmişik. Üstünlük bizim tərəfimizdədir. Amma futbolda hər şey baş verə bilər”.

Newsport.az saytının məlumatına görə, bu sözlər “Panatinaikos”un baş məşqçisi Marinos Ozunidisə məxsusdur.

Afina təmsilçisi Avropa Liqasının III təsnifart mərhələsinin cavab oyunları çərçivəsində “Qəbələ”nin qonağı olacaq.

Matçdan öncə keçirilən mətbuat konfransında iştirak edən 48 yaşlı çalışdırıcı fikirlərini bildirib: “Sabahkı oyunda hər şeyə əvvəldən başlayacağıq. Bizim əsas məqsədimiz mərhələ adlamaqdır. Bunu reallaşdırmaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.

- Bir həftə öncəki oyunda “Panatinaikos” çox yaxşı təsir bağışladı. Bəs sabahkı oyuna nə dərəcədə hazırsınız?

- Belə turnirlərdə oyun keçirmək çətin olur. Biz oyuna bir həftə ərzində yaxşı hazırlaşmışıq. Necə hazırlıq keçdiyimiz sabahkı oyunda bəlli olacaq.  

- Sabah hansı taktiki sxemlə meydana çıxacaqsınız?

- Oyun sistemimizdə heç bir dəyişiklik olmayacaq. Biz 4-5-1 sxemi ilə yaxşı oynayırıq və bu nu daha da inkişaf etdirməliyik. Ancaq oyunun gedişindən asılı olaraq taktiki dəyişikliklər də edə bilərik.

- Lusiano və Kabezos ilk oyuna hazır deyildi. Sabah onlar meydana çıxa biləcəklərmi?

- Onlar indi də tam hazır vəziyyətdə deyillər. Amma oyun zamanı bizim həmin futbolçulara ehtiyacımız ola bilər. Lazım olsa, onları da döyüşə atacağıq.

- Komandaların növbəti mərhələ şansını faiz etibarilə necə dəyərləndirərdiz?

- İlk görüşdə qələbə qazandığımız üçün üstünlük bizim tərəfimizdədi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right