"Panatinaikos" Bakıya bu heyətlə gəlir SİYAHI

“Qəbələ” Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda “Panatinaikos”la qarşılaşacaq.

 

Newsport.az xəbər verir ki, Yunanıstan təmsilçisi Bakıya 21 futbolçu ilə gələcək. Məlumatı klubun saytı yayıb. Baş məşqçi Marinos Ozunidis Yunanıstandakı matçda kənarda qalan Luk Stil, Giorgos Kutroubis və Paskalis Staykosu da Bakıya gətirəcək.

 

Qapıçılar: 1. Konstantinos Kotsaris, 15. Luk Stil, 99. Odisseas Vlaxodimos;

 

Müdafiəçilər: 4. Giorgos Kutroubis, 6. Dimitrios Kolovetsios, 23. Niklas Hult, 31. Rodriqo Moledo, 41. Stefanos Evengelu, 78. Osman Kulibali;

 

Yarımmüdafiəçilər: 5. Nuno Reis, 7. Omri Altman, 10. Zeka, 17. Robin Lod, 26. Xristos Donis, 34. Paskalis Staykos, 39. Stefanos Çatzigiovannis, 46. Yannis Buzukis, 18. Lusiano, 21. Dimitris Kurbelis;

 

Hücumçular: 8. Gilyermo Molins, 49. Sotiris-Pantelis Pispas.

 

“Qəbələ” - “Panatinaikos” oyunu sabah 8-ci km qəsəbə stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq. Yunanıstandakı ilk görüşdə “Qəbələ” 0:1 hesabı ilə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right