"Zaqatala" da başladı

I Divizion klubu “Zaqatala” da yeni mövsümün hazırlıqlarına başlayıb. 

Newsport.az-ın məlumatına görə, komanda Şaban Şirdanovun rəhbərliyi altında Zaqatala Olimpiya Kompleksinin stadionunda bir araya gəlib.

Heyət əsasən zaqatalalı futbolçulardan təşkil olunsa da, yaxın günlərdə daha 3-4 futbolçunun komandaya qoşulacağı gözlənilir. I Divizionda yeni mövsüm başlayana qədər “Zaqatala” bir neçə yoxlama oyunu keçirməyi planlaşdırır.

Qeyd edək ki, “Zaqatala” ötən mövsümü 5-ci pillədə başa vurub. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right