Emin Mahmudovun qol vurduğu oyunda "Boavişta" qalib gəldi

Portuqaliyanın "Boavişta" klubu yeni mövsümə hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib.

 

Newsport.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Emin Mahmudovun çıxış etdiyi komanda Portuqaliyanın aşağı liqa təmsilçisi "Eşpinyo" ilə qarşılaşıb. 

 

Beş qolun vurulduğu qarşılaşmada Mahmudov da fərqlənib. 

 

İkinci hissədə meydana daxil olan millimizin üzvü "Boavişta"nın 4:1 hesablı qələbəsində pay sahibi olub. O, 76-cı dəqiqədə komandasının sonuncu qolunu vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right