Millimizin sabiq futbolçusu həbs olundu

Azərbaycan millisinin və "Kəpəz"in sabiq futbolçusu Faiq Cabbarov həbs olunub.
 

Newsport.az-ın məlumatına görə, F. Cabbarov onunla bağlı çoxsaylı şikayət ərizəsinə əsasən saxlanılıb. O, bir-neçə şəxsdən külli miqdarda borc alıb, qaytarmamaqda ittiham olunur. 
 
Qeyd edək ki, bir müddət əvvəl yanlış olaraq ölüm xəbəri yayılan Cabbarov Samuxdakı fermaların birində çalışır. O, Azərbaycan millisinin heyətindən 21 matçda meydana çıxıb və "Kəpəz", "Şəmkir", "Neftçi", "Şəfa" kimi klubların formasını geyinib

Futbol+





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right