"Neftçi" ərəblərlə heç-heçə etdi

Avstriyada təlim-məşq toplanışında olan “Neftçi” növbəti yoxlama oyunu keçirib.

Newsport.az-ın məlumatına görə, ağ-qaralar” Birləşmiş Ərəb Əmirliklərinin “Əl Ain” klubu ilə qarşılaşıb. "Neftçi"nin saytı oyunun Bakı vaxtı ilə saat 20.00-da başlanacağı yazsa da, görüş bir saat əvvəl 19.00-da start götürüb.

Bundan öncə Avstriyada keçirdiyi ilk yoxlama matçında “Şalke”yə 0:1 hesabı ilə uduzan "ağ-qaralar" bu dəfə heç-heçə edib - 1:1. Oyunda hesabı 59-cu dəqiqədə ərəblər açıb, 87-ci dəqiqədə isə "Neftçi" Mirabdulla Abbasovun qolu sayəsində məğlubiyyətdən yaxa qurtarıb.

"Neftçi": Səlahət Ağayev, Mateo Mujek (Elnur Cəfərov, 57), Ruslan Abışov, Kirilo Petrov (Anton Krivotsyuk, 89), Pavel Dreksa (Ömər Buludov, 78), Məhəmməd Mirzəbəyov, Derlis Meza Kolli (İqnasio Errera, 57), Tərzin Cahangirov, Namik Ələskərov (Mirabdulla Abbasov, 78), Rəhman Hacıyev (Fəhmin Muradbəyli, 66), Uqo Barqas.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right