"Binə" heyətinə daha beş futbolçu cəlb etdi

Birinci Divizionda debütə hazırlaşan "Binə" təlim-məşq toplanışı ilə yanaşı, transfer çalışmalarını da davam etdirir.

Newsport.az-ın məlumatına görə, sözügedən klub daha 5 futbolçu ilə heyətini gücləndirib. Yeni transferlər Məhərrəm Hüseynov, Fərid Abbaslı, Cəmil Rəhimli, Vüsal Nağıyev və Ülvi Süleymanovdu. Onlar 2017/18 mövsümündən etibarən "Binə"nin uğurları üçün çalışacaqlar.

Xatırladaq ki, Elmin Çobanov, Ture Morifere, Ramil Kərimov, Elmir Məmmədov, Mansur Nəhavəndi və Bəxtiyar Soltanov da debütantın sıralarına qoşulub. Ture "Şəmkir", Elmin MOİK, Elmir "Qaradağ Lökbatan", Mənsur "Mil-Muğan", Bəxtiyar AZAL-dan, Ramil isə Gürcüstanın ikinci liqasında çıxış edən “Sapovnela” klubundan gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right