Paraqvaylı yarımmüdafiəçi "Neftçi"də

"Neftçi” klubu paraqvaylı yarımmüdafiəçi David Derlis Meza Kolli ilə müqavilə bağlayıb.
 
Newsport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 28 yaşlı futbolçu ilə anlaşmanın müddəti 1 ildir.
 
Meza Kolli "Neftçi”də 10 nömrəli formanı geyinəcək.
 
Qeyd edək ki, David Derlis Meza Kolli əvvəllər "İnter" və "Qəbələ"də də forma geyinib. Onun son klubu "Serro Portenyo" (Paraqvay) olub. 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right