"Şüvəlan" milli komandamızla qarşılaşacaq

I Divizion təmsilçisi "Şüvəlan" yeni mövsüm üçün hazırlıqlarını davam etdirir.

Newsport.az-ın məlumatına görə, qəsəbə klubu daha bir yoldaşlıq görüşü keçirəcək. Aqil Nəbiyevin yetirmələri bu dəfə Azərbaycanın U-19 milli komandası ilə qarşılaşacaq. Görüş avqustun 1-də keçiriləcək.

"Dalğa Arena"da baş tutacaq matç saat 18:00-da başlayacaq.

Xatırladaq ki, "Şüvəlan" hazırlıq çərçivəsində 5 yoxlama oyunu keçirib. Qəsəbə təmsilçisi "Qaradağ Lökbatan"ı 3:1 , "Zirə"nin əvəzedici heyətinə 5:0, "Sumqayıt"ın əvəzedicilərinə 2:0 hesabı ilə qalib gəlib, "Neftçi"yə 0:2, "Zirə"yə isə 0:4 hesabı ilə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right