Səlahət Ağayev: "Sanki illərdir "Neftçi"dəyəm"

"Neftçi” futbolumuzun flaqmanıdır. Hər bir futbolçu istəyər ki, "Neftçi” kimi komandada oynasın. Birinci dəfə olmağına baxmayaraq, sanki illərdir "Neftçi”dəyəm".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin yeni transferi Səlahət Ağayev klubu telekanalında açıqlamasıda deyib.

"Uzun müddət "İnter”də oynamışam. "İnter”dən sonra "Neftçi” mənə gözlədiyimdən də doğma gəldi. Ümid edirəm, bu il daha uğurlu çıxış edərik, çempionluq, avrokuboklar üçün oynayarıq" - deyə o bildirib.

26 yaşlı qolkiper "Şalke"yə 0:1 hesabı ilə uduzduqları yoxlama görüşü haqda danışıb: "Şalke” ilə oyuna gəlincə, hesab bizim üçün önəmli olmamalıdır. Belə matçlar bizim üçün təcrübə baxımından əla şansdır. Düşünürəm ki, komanda şəklində oyunumuz pis alınmadı. Əgər "Şalke” kimi komandaya qarşı belə oyun göstərdiksə, məncə, hər şey normaldır”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right