Qurban Qurbanov Dieqo Simeoneni geridə qoya bilər

UEFA Çempionlar Liqasının cari mövsümündə iştirak edən klublarda ən uzun müddət çalışan məşqçilərin siyahısını açıqlayıb. Açıqlanan cədvəlin ilk pilləsində dəyişiklik baş verib. Buna səbəb isə "Arsenal" ÇL-dən kənarda qalması olub. 20 ildən sonra ilk dəfə turnirdə çıxış etməyən Arsen Venger siyahıda yer almayıb.

Newsport.az-ın məlumatına görə, ÇL-in qrup mərhələsində iştirak edəcəyi dəqiqləşən klubların məşqçiləri arasında rekord “Atletiko”nun baş məşqçisi Dieqo Simeoneyə məxsusdu. Argentinalı mütəxəssis 2011-ci ildən Madrid təmsilçisini çalışdırır. Onun ən yaxın izləyicisi isə “Tottenhem”in çalışdırıcısı Maurisio Poçettinodu. Poçettino həmyerlisindən 3 il geri qalır.

İlk beş pilləni təqdim edirik:

Dieqo Simeone (Atletiko) - 23 dekabr 2011-ci il
Maurisio Poçettino (Tottenhem) - 27 may, 2014-cü il
Leonardo Jardim (Monako) - 10 iyun, 2014-cü il
Massimiliano Alleqri (Yuventus) - 16 iyul, 2014-cü il
Maurisio Sarri (Napoli) - 12 iyun, 2015-ci il

Ancaq Dieqo Simeone yerini əldən verə bilər. Onu isə taxtdan yalnız "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov sala bilər. Təbii ki, bunun üçün Ağdam komandası Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmalıdır. Əgər bu reallaşsa, Qurbanov siyahıda lider olacaq. Təcrübəli çalışdırıcı 2008-ci ildən "Qarabağ"ın baş məşqçisidi. 45 yaşlı mütəxəssisin komandası qrup mərhələsinə vəsiqə qazanacağı təqdirdə, Simeoneni 3 il geridə qoyacaq.

Əlavə edək ki, hazırda "Qarabağ" ÇL-nin III təsnifat mərhələsində mübarizə aparır. "Atlılar" ilk oyunda evdə "Şerif"lə 0-0 hesablı heç-heçə edib. Bu cütün cavab görüşü avqustun 1-də Moldovada keçiriləcək. "Qarabağ" Tiraspol təmsilçisini mübarizədən kənarlaşdırsa, Çempionlar Liqasının qruplarına vəsiqə əldə etmək üçün "play-off"da mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right