"Səbail"in yeni loqosu FOTO

Bu il ilk dəfə Premyer Liqada çıxış edəcək "Səbail" Futbol Klubunda daha bir yenilik baş verib.

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi ölkə çempionatının elitasına yeni loqotipin müşayiəti ilə qədəm qoyur. 

Loqonun mərkəzində klubun adının birinci hərfini əks etdirən S hərfi yer alıb. Bütövlükdə klubun özünü simvolizə edən hərfin ətrafında mavi rəngin iki çaları öz əksini tapıb. Bunlardan nisbətən açıq rəngdə olanı dəniz, daha tünd rənglisi isə dəniz dalğası anlamındadı. Sulara qərq olmuş Səbail qalası haqqında əfsanənin motivlərini özündə əks etdirən loqotip daha çox sadəliyi ilə diqqət çəkir, başqa sözlə, son dövrlərdə bir çox klubların öz loqolarını yenilədiyi zaman müraciət etdiyi minimalizm tendensiyası əsasında yaradılıb.

 

No automatic alt text available.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right