"Kəpəz" millimizə məğlub oldu

“Kəpəz”in əvəzedici heyəti yeni mövsümə hazırlıq dövründə daha bir yoxlama oyununda qüvvəsini sınayıb.

Newsport.az-ın məlumatına görə, komanda Qaxda təlim-məşq toplanışında olan 17 yaşlılardan ibarət Azərbaycan yığma komandası ilə qarşılaşıb. Oyun millinin 2:0 hesablı qələbəsi ilə nəticələnib. U-17 hər hissədə bir dəfə fərqlənib.

Əvəzedicilər hazırlıq müddətində növbəti yoxlama oyununu iyulun 30-da keçirəcək. “Sarı-göylər” bir müddət öncə fəaliyyətini bərpa edən Yevlaxın “Karvan” klubu ilə üz-üzə gələcək. Oyun Yevlax şəhər stadionunda saat 18:00-da başlayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right