“Sumqayıt” Boluda iki qrupa bölündü

2017/18 mövsümünə Türkiyədə hazırlaşan “Sumqayıt” günü iki məşqlə başa vurub.

Newsport.az-ın məlumatına görə, Bolu toplanışının 12-ci gününün səhər məşqi saat 10:30-da start götürüb və futbolçular hazırlıq zamanı iki qrupa bölünüb.

“Adana Demirspor”la matçda meydana çıxan futbolçular yüngül qaçışla kifayətlənib, digər qrup isə toplu çalışmalara üstünlük verib.

“Kimyaçılar”ın axşam məşqi isə saat 18:30-da start götürüb. İkinci hazırlıqda komanda toplu çalışmalara və taktiki gedişlərə üstünlük verib. Məşqə iki tərəfli oyunla yekun vurulub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right