"Neftçi" "Şalke"yə uduzdu

Avstriyada təlim-məşq toplanışında olan "Neftçi" bu gün ölkə xaricində ilk yoxlama matçına çıxıb.

Newsport.az-ın məlumatına görə,  "ağ-qaralar" Avropanın tanınmış klublarından olan “Şalke” ilə üz-üzə gəlib.

Avstriyanın Noykirxen şəhərindəki "Sportzentrum” stadionunda keçirilən qarşılaşma almanların minimal hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Neftçi" iyulun 30-u Birləşmiş Ərəb Əmirliyinin "Əl-Ain" klubu, avqustun 2-i isə Almaniya "Herta"sı ilə yoxlama görüşü keçirəcək.

26 iyul

Yoxlama oyunu

20:00. "Neftçi" - "Şalke" (Almaniya) - 0:1
Qol: 
Tekbeti, 27





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right