"Palermo"nun futbolçusu "Qarabağ"a gəlir? Agentindən açıqlama

Çempionlar Liqasında mübarizəni davam etdirən "Qarabağ" transfer fəaliyyətini davam etdirir.

Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisinin transfer hədəfində olan İtaliyanın "Palermo" klubunun futbolçusu Karluş Embalu sicilyalılardan ayrılmayacağı gözlənilir. Bu barədə 22 yaşlı hücumameyilli futbolçunun agenti Cüzeppe Akkardi məlumat verib: "Transfer bazarında sona qədər gözləmək lazımdır. Embalu "Palermo"da qalmaq istəyir. Hətta o, buna görə ötən il Çempionlar Liqası kimi turnirdə çıxış edən komandada oynamaqdan imtina etmişdi. Bu barədə son qərarı rəhbərlik verəcək. Belə görünür ki, o, "Palermo"da qalacaq. Karluşun bu komandada xoşbəxt olduğunu vurğalamalıyam. Deyərdim ki, Embalu öz xoşbəxtliyini burada görür".

Qeyd edək ki, qvineya-bissaulu futbolçu ötən mövsüm A Seriyasında 12 oyunda forma geyinib. "Palermo" isə B Seriyasına düşüb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right