"Neftçi" "Şalke"yə qarşı

Avstriyada təlim-məşq toplanışında olan "Neftçi" bu gün ölkə xaricində ilk yoxlama oyununa çıxacaq.

Newsport.az-ın məlumatına görə, Bakı klubu Almaniya Bundesliqa təmsilçisi "Şalke" ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 20:00-da başlayacaq matç "CBC Sport" telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq.

Qeyd edək ki, "Neftçi" iyulun 30-u Birləşmiş Ərəb Əmirliyinin "Əl-Ain" klubu, avqustun 2-i isə Almaniya "Herta"sı ilə yoxlama görüşü keçirəcək.

26 iyul

Yoxlama oyunu

20:00. "Neftçi" - "Şalke" (Almaniya)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right