Yakub Jezniçak son durumu haqda məlumat verdi

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Şerif”lə ev oyununda zədə alan “Qarabağ”ın futbolçusu Yakub Jezniçakın durumuna aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, polşalı futbolçunun zədəsi ciddi deyil. O, bu barədə şəxsi “facebook” hesabı vasitəsi ilə məlumat verib.

Kuba cavab oyununa qədər tam hazır olacağını bildirib: “Hesab 0:0 oldu. Önəmli odur ki, qol buraxmadıq. Mən istəməzdim ki, oyunu erkən tərk edim. Sadəcə, qapıçı ilə toqquşmadan sonra zədə aldım. Belə hallar baş verir. Əsas odur ki, zədəm ciddi deyil. İndi biz cavab oyunu barədə düşünürük. Hədəfimiz növbəti mərhələyə yüksəlməkdir və özümüzə inanırıq”.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 1-də Tiraspolda keçiriləcək





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right