"Kəpəz" seçim qarşısında

Yeni mövsümə hazırlıqlarını davam etdirən "Kəpəz" 2017/2018 mövsümünün ilk dövrəsinin oyunlarını öz meydanında keçirə bilməyəcək.

Newsport.az-ın məlumatına görə, Gəncə şəhər stadionunun ot örtüyünün hazır vəziyyətdə olmaması qərb klubunun paytaxta üz tutmasına səbəb olub. Şahin Diniyevin komandası Premyer Liqanın ilk dövrəsində rəqiblərini Bakıda qəbul edəcək. Lakin Gəncə təmsilçisinin hansı stadiondan yararlanacağı sual olaraq qalır. Belə ki, "sarı-göylər" "Bayıl Arena" və "Dalğa Arena" arasında seçim edəcək. "Kəpəz"in rəqiblərini bu iki stadiondan birində qəbul edəcəyi dəqiq olsa da, məsələyə TPL-in püşkatmasından sonra tam olaraq aydınlıq gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right